Sumqayıtda hava

Manşet, Cəmiyyət

Bələdiyyə Seçkiləri günüdür

Bələdiyyə Seçkiləri günüdür


Seçkilərdə 1607 bələdiyyə üzrə 15035 bələdiyyə üzvlüyünə 37077 namizəd iştirak edəcək.

Seçici siyahılarına adları daxil edilən 4819382 seçici 5015 məntəqədə səs verəcək. Səsvermə üçün məntəqələr dekabrın 23-də saat 08.00-da açılmışdır.

Namizədlərin 13907-si 8 siyasi partiya tərəfindən, 23061-i fərdi qaydada, 109-u isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Seçkiyə qatılan namizədlərdən 18284-ü bitərəfdir. Ümumilikdə, namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var.

118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Həmin məntəqələrdəki səsvermə prosesini dünyanın istənilən nöqtəsindən izləmək mümkündür. Ümumiyyətlə, builki seçkilərdə qeydə alınan müşahidəçilərin sayı 50000-i keçib. Onlardan da 26000-dən çoxu siyasi partiya təmsilçisidir.

Seçkilərdə respublika üzrə saat 10:00-dək 4819382 seçicidən 501254 nəfəri səs verib ki, bu da ümumi seçici fəallığının 10,4 faizini təşkil edir. Respublika üzrə ən çox seçici fəallığı 16,2 faizlə 93 saylı Bərdə şəhər seçki dairəsində qeydə alınıb. Ən aşağı seçici fəallığını isə 4,3 faizlə 95 saylı Tərtər seçki dairəsi göstərib.

Bələdiyyə seçkiləri saat 19.00-da başa çatacaq.

Seçkilərin "exit-poll” tədqiqatını "ELS” Müstəqil Araşdırmalar Mərkəzi həyata keçirir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR