Sumqayıtda hava

Redaktorun Seçimi / Elan

Macarıstanda təhsil almaq istəyənlərin nəzərinə

Macarıstanda təhsil almaq istəyənlərin nəzərinə


Azərbaycan Tələbə Gəncləri Təşkilatları İttifaqının və Macarıstan universitetlərinin Azərbaycandakı rəsmi nümayəndiliyi olan “Study in Hungary”-nin birgə təşkilatçılığı ilə “Macarıstanda təhsil” mövzusunda təqdimat keçiriləcək.

Təqdimat ATGTİ-nin ofisində, (ünvan: 28 May küç. 9/13 ) baş tutacaq və Macarıstanın ən məşhur, qədim və nüfuzlu universitetlərinə necə qəbul olmaq barədə iştirakçılarına ətraflı məlumat veriləcək.

27 dekabr 2014-cü il tarixində saat 14:30-da başlanacaq təqdimatda International Business School Universiteti, Corvinus Universiteti, Debrecen Universiteti və BKF Universitetinə (University of Applied Science of Budapest) qəbul olmaq barədə ətraflı məlumat veriləcək.

Təqdimat zamanı bu universitetlərdə iqtisadiyyat, maliyyə, biznes, beynəlxalq əlaqələr və diplomatiya, turizm menecmenti, incəsənət, musiqi, rəsm və fotoqrafiya, kompyuter mühəndisliyi, tikinti, inşaat, mühəndislik, insan resursları menecmenti, tibb, müalicə işi və intensiv ingilis dili kurslarına qəbul olma şərtləri barədə məlumatlar dinləyicilərin nəzərlərinə çatdırılacaq.

Təqdimatda qeydiyyatdan keçib təsdiq cavabı almış şəxslər iştirak edə bilər.

Qeydiyyat üçün daxil olun





Xəbər lenti

Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR