Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda Qarabağ əlilinə məsciddə namaz qılmağa icazə verilmədi - AXUNDDAN AÇIQLAMA

Sumqayıtda Qarabağ əlilinə məsciddə namaz qılmağa icazə verilmədi - AXUNDDAN AÇIQLAMA

 

Sumqayıtda Qarabağ əlilinin məsciddə namaz qılmasına icazə verilməyib.
Bu haqda Sumqayıt şəhərindən olan Qarabağ əlili Azər Rəşidov özü məlumat verib. Onun dediyinə görə, dünən 22:02-də Sumqayıt şəhərində yerləşən Cümə məscidinə gedərək, işa namazını qılmaq istəyib. Lakin onun bu istəyinə imkan verilməyib.
"Dünən 22:02-də Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi vaxtla işa namazını qılmaq üçün Sumqayıtdakı cümə namazına getdim. Məscidə yaxınlaşanda içəridə adam olmasına baxmayaraq, qapının bağlı olduğunu gördüm. Məscidin qapısını döyəndən sonra içəridə olan bir nəfər molla qapını açdı. Namaz qılmaq istədiyimi dedikdə, məndən möhürlə namaz qılıb-qılmadığımı soruşdu. Möhürlə namaz qılmadığımı dedikdə isə "icazə yoxdur” deyib, qapını bağlamaq istədi. Mən ona "bura dövlətin tikdiyi məsciddir. Niyə icazə yoxdur?” dedikdə, cavab olaraq bildirdi ki, məscid bağlıdır. Bunu deyib, qapını bağladı. Söz-söhbət yaranmaması üçün məscidin həyətində namaz qılmağa başladım. Bu zaman məscidin mühafizəçisi mənə yaxınlaşaraq burada da namaz qılmağa icazə vermədiklərini dedi. Lakin mən mübahisə etmədən ibadətimə davam etdim və namazı bitirəndən sonra oranı tərk etdim”.
Azər Rəşidov bildirir ki, bu hal onun qarşılaşdığı ilk hal deyil.
"Dəfələrlə bu cür hallarla qarşılaşmışıq. Bu məscid dövlət tərəfindən inşa edilib. Lakin oradakı bir qrup molla əhlisünnə sələf camaatına burada namaz qılmağa icazə vermir”.
Qarabağ əlili məsələ ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edəcəyini də qeyd edib.
Məsələ ilə bağlı açıqlama verən Cümə məscidinin axundu Rauf Sərdarov bu məsələdən xəbərsiz olduğunu deyib.
"Əgər ibadət etmək istəyən şəxsə deyiblərsə ki, burada möhürsüz namaz qılmaq olmaz bunu deyən adam qələt edir, başını da daşa döyür. Bizdə belə bir şey yoxdur. Məsciddir, kim istəyər möhürlə qılar, kim istəyər möhürsüz qılar. Mən istərdim ki, həmin Azər Rəşidov adlı şəxs mənə müraciət etsin. Birlikdə onu məscidə buraxmayan şəxsi tapaq və müvafiq qaydada mən onu cəzalandırım. Xahiş edirəm ki, həmin şəxs mənə müraciət etsin".
Avropa.info





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR