Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtlı güləşçi: "Hər məğlubiyyət bir qələbənin təməlini qoyur" - ONU TANIYAQ

Sumqayıtlı güləşçi: "Hər məğlubiyyət bir qələbənin təməlini qoyur" - ONU TANIYAQ 

"YeniSumqayit.az" ənənəsinə sadiq qalaraq istedadı, bilik və bacarıqları ilə seçilən gənclərimizin cəmiyyətimizə tanıdılması işini davam etdirir.
"Onu tanıyaq" rubrikasında təqdim edəcəyimiz növbəti qəhrəmanımız yunan-roma güləş növü üzrə yeniyetmələrdən ibarət yığma komandanın üzvü, dəfələrlə turnirlərin, Azərbaycan birinciliyinin, beynəlxalq yarışların qalibi və mükafatçısı Ramal Əhədlidir.
Ramal 9 sentyabr 1998-ci ildə Sumqayıt şəhərində doğulub. 29 nömrəli tam orta məktəbin məzunudur.
Ramal Əhədli ilə müsahibəmizi təqdim edirik:

Sumqayıtlı güləşçi: "Hər məğlubiyyət bir qələbənin təməlini qoyur" - ONU TANIYAQ

- Ramal, necə oldu ki, idmanla məşğul olmağa başladın?
- İlk dəfə qonşularımızın təklifi ilə idmana gəldim. İlk vaxtlarda elə anlar olurdu ki, uğursuzluqlarım olurdu və o anlarda peşmanlıqlar keçirirdim. Sonradan özümü toparlaya bildim və dostlarımın dəstəyi ilə idmana olan həvəsim artdı.
- Niyə məhz güləş?
- Heç özüm də anlaya bilmirəm, buna məncə qismət deyirlər.

Sumqayıtlı güləşçi: "Hər məğlubiyyət bir qələbənin təməlini qoyur" - ONU TANIYAQ

- Neçə müddətdir ki, idmanla məşğulsan?
- 10 ildən artıqdır, 2005-ci ildən güləşlə məşğulam.
- Hansı uğurların olub?
- Hədəflərimə tam çatmasam da, dəfələrlə Azərbaycan birinciliklərinin, beynəlxalq yarışların qalibi olmuşam. İlk Avropa oyunlarının test xarakterli yarışlarında medalçı, Bakıda keçirilmiş turnirlərin dəfələrlə qalibi olmuşam. Hədəfim isə Avropa və dünya çempionu olmaq, xüsusən də bütün erməni rəqiblərimi tam üstünlüklə udmaqdır.

Sumqayıtlı güləşçi: "Hər məğlubiyyət bir qələbənin təməlini qoyur" - ONU TANIYAQ 

- Uğurlarının səbəbini nədə görürsən?
- Qalib gəlməyimdə əsasən məşqçilərimin böyük əməyi olub, xüsusilə erkən dünyasını dəyişən şəxsi məşqçim Vüqar Əhmədovun. Məşqçilərim - İsmayıl Bayramov, Bahadur Həziyev, Sədi Quliyev və xüsusilə də mənə həm qardaş, həm də bir məşqçi kimi dəstək olan Elnur İsmayılova təşəkkürlərimi bildirirəm. Çox sağolsunlar. Həmçinin məşq yoldaşlarımı da qeyd edərdim.
- Yarışlarda qalib gələndə hansı hissləri keçirirsən?
- Nə deyim, bilmirəm. Bu hissi yaşayasan gərək. Bunu idmançılar daha yaxşı anlayar. Bu elə bir hissdir ki, sözlə ifadə etmək çətindir.

Sumqayıtlı güləşçi: "Hər məğlubiyyət bir qələbənin təməlini qoyur" - ONU TANIYAQ

- İdmançıya azarkeş dəstəyinin əhəmiyyətini necə dəyərləndirirsən?
- Əlbəttə, əhəmiyyəti böyükdür. Ən əsas idmançının psixoloji hazırlıqlı olması və tribunanın dəstəyi
- Qələbə sevincini ən birinci kimlə bölüşürsən?
- Döşəydən qalxanda məni ilk təbrik edən dostlarım və məşqçilərim olur, sonra da ailəmlə bölüşürəm sevinc hissimi.

Sumqayıtlı güləşçi: "Hər məğlubiyyət bir qələbənin təməlini qoyur" - ONU TANIYAQ

- Hər idmançı özünəməxsus qeyd edir qələbəsini. Bəs sən?
- Mən hər zaman döşəyə girəndə əlimi göyə tutub Allaha dua etmişəm, çıxanda isə şükr etmişəm. Sevinc hissimi belə keçirmişəm hər zaman.
- Gələcək məqsədlərin nələrdir?
- Həmişə üstün olmaq hər bir sahədə. Məğlub olmağı sevmirəm, amma məğlub olanda da məğlubiyyətlə barışıram. Çünki hər bir məğlubiyyət bir qələbənin təməlini qoyur.
Bir idmançı kimi, İdman Akademiyasında oxumaqdır fikrim.

Sumqayıtlı güləşçi: "Hər məğlubiyyət bir qələbənin təməlini qoyur" - ONU TANIYAQ 

- Hobbilərin nədir?
- Bəzən şeir yazıram. Çalışıram ki, fikirlərimi şeirlə izah edim.
- Boş vaxtlarını necə keçirirsən?
- Çalışıram ki, dostlarımla - Zülfüqar, Azər, Samir, Ağamirzə, Kənanla gəzintiyə çıxım.
- Maraqlı müsahibəyə görə təşəkkür edirəm.
- Çox sağolun. Allah razı olsun sizdən ki bizi unutmursunuz.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR