Sumqayıtda hava

Manşet, Cəmiyyət

"Sumqayıt"ın baş məşqçisi: "Onlara futbolçu demək olmaz."

"Sumqayıt"ın baş məşqçisi: "Onlara futbolçu demək olmaz."

 

Topaz Premyer Liqasının 3-cü turunda "Sumqayıt" Futbol Klubu "Neftçi"nin qonağı olub. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. Qarşılaşmada komandamızın yeganə qolunu Nuran Qurbanov vurub.
Görüşdən sonra baş məşqçilər oyun barədə təəssüratlarını bölüşüblər.
Aqil Məmmədov ("Sumqayıt”ın baş məşqçisi): "Neftçi”ni təbrik edirəm. Rəqibimiz layiqli qələbə qazandı. Açığı, futbolçuları bu il tanıya bilmirəm. Ümumi götürsək, onlara heç futbolçu demək olmaz. Yəqin ki, yaxın günlərdə iclas olacaq. Futbolçular barədə ölçü götürəcəyik. Oynamaq istəməyən adam burada qalmayacaq. İlk hissədə bəxtimiz gətirdi. Mübarizə apardığımızı deyə bilmərəm. Fasilədə danışıb dedim ki, futbol oynamaq lazımdır. Futbol oynamasan, nəticə qazanmaq mümkün deyil”.
Samir Əliyev ("Neftçi”nin baş məşqçisi): "Qol imkanlarımız çox oldu. Amma təcrübəsizlik yenə ön plana çıxdı, şansların az qismindən yararlana bildik. Ötən oyunlarla müqayisədə bu gün daha çox aqressiv idik. Problemlərimiz var və bunun üzərində işləməliyik. Fiziki hazırlığımızı daha yaxşı səviyyəyə gətirməliyik. Artıq bizim üçün fasilə başladı. Oyunçuları 3 günlük istirahətə buraxacağıq. Məşqlər başlayanda əvəzedici heyətdən 5 nəfər götürəcəyik. Fasilə zamanı ölkə daxilində yoxlama görüşləri keçirməyi düşünürük”.
"Sumqayıt"ın baş məşqçisi: "Onlara futbolçu demək olmaz."

 

 

"Sumqayıt"ın baş məşqçisi: "Onlara futbolçu demək olmaz."





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR