Sumqayıtda hava

Cəmiyyət

Millət vəkili virtual dostları ilə görüşdü (FOTOLAR)

Millət vəkili virtual dostları ilə görüşdü (FOTOLAR)


Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov sosial şəbəkədəki virtual dostları ilə görüşüb.

100-ə yaxın “virtual dost”la baş tutan canlı söhbət zamanı müasir gəncliyi narahat edən bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Artıq bir neçə dəfə virtual dostları ilə görüşlər keçirdiyini deyən millət vəkili qeyd edib ki, belə görüşləri təşkil etməkdə məqsədi virtual şəbəkədəki dostlarının fikirləri ilə tanış olmaq və onları tanımaqdır. Görüş zamanı iştirakçılar onları maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bu sırada xaricdə təhsil almaq imkanları, ali məktəblərimizdə təhsilin vəziyyəti, ölkədə tibbi sığortanın yaradılmasının vacibliyi və digər məsələlər olub.

F.Muradov qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı aparılan siyasət dövlət siyasətinin mühüm tərkib hissəsidir. “Prezident İlham Əliyevin yürütdüyü siyasətdə gənclər əsas prioritetlərdəndir. Dövlət başçısı ölkədə sağlam, təhsilli, dövlətçiliyə sadiq gənc nəslin formalaşmasını mühüm hesab etdiyini dəfələrlə öz çıxışlarında vurğulayıb”- deyə deputat qeyd edib. Onun sözlərinə görə, Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması məqsədilə 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramını imzalayıb. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb.

Deputat ölkədəki ali məktəblərin bazasında olan problemlərdən danışıb və vurğulayıb ki, dövlətimizin xaricdə təhsillə bağlı proqramının əsas məqsədi Avropanın çağdaş elm təcrübəsi ilə tanış olan gəncliyi yetişdirmək və bu elmi təcrübəni ölkəyə gətirməkdir. F. Muradov bildirib ki, daha bir təklif xarici ölkələrin ali məktəb müəllimlərini ölkəmizə dəvət etməkdən ibarətdir. Bu barədə artıq bir sıra addımlar atılıb.

Elmin vəziyyəti barədə açılan müzakirələr zamanı görüş iştirakçıları bir sıra təkliflərini səsləndiriblər. Gənc mütəxəssilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün addımların atılmasının vacibliyi vurğulanıb. F. Muradov elm sahəsinə innovativ yanaşmanını vacib olduğunu qeyd edib.

Tibbi sığortanın mühüm olduğunu deyən deputat vurğulayıb ki, Milli Məclisdə bu məsələni qaldırıb. Daha sonra işsizlik problemi ilə bağlı danışan F. Muradov qeyd edib ki, hazırda işə bağlı tələblər çox dəyişib. “Gənclərin iş yerləri ilə təmin olunması dövlətin diqqətindədir və bunun üçün dövlət proqramları hazırlanıb”.

Deputat daha sonra ölkəmizin müstəqilliyini təhdid edən faktorlardan danışıb və bununla bağlı müəyyən qrupların Azərbaycana qarşı apardığı kampanyaları nümunə olaraq çəkib. Deputat ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını gənclik qarşısında ən böyük vəzifə olduğunu qeyd edərək bu məsələdə eyin hədəfə vurmağın zəruri olduğunu deyib.

F.Muradov gəncləri öz fəaliyyətində aktiv olmağa səsləyib və haqlı hesab etdikləri mövqelərini axıra qədər müdafiə etməyə çağırıb. “Əsas düzgün hədəf və iradədr. Çox erkən gənclik yaşımdan etibarən öz təşəbbüsümlə ictimai sektora gəlmişəm. Demək istəyirəm ki, uğurun açarı insanın öz əlindədir”-deyə deputat vurğulayıb.

Görüşdə iştirak edən Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov iştirakçıların Gənclər Fondunun fəaliyyəti, layihələrə qrantların ayrılması və digər suallarını ətraflı cavablandırıb.

Görüş iştirakçıları səmimi şəraitdə keçən görüş üçün F.Muradova təşəkkürlərini bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.

Millət vəkili virtual dostları ilə görüşdü (FOTOLAR)

Millət vəkili virtual dostları ilə görüşdü (FOTOLAR)

Millət vəkili virtual dostları ilə görüşdü (FOTOLAR)


(Qafqazinfo)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR