Sumqayıtda hava

Cəmiyyət

Komfort hava şəraiti gözlənilir - 26.08.2015

 

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 
Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində dəniz suyunun temperaturu 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.
 
Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoz
Avqustun 26-28-də Abşeron yarımadasında komfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatı





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR