Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda kimyaçılar müayinədən keçirildi

Sumqayıtda kimyaçılar müayinədən keçirildi

 

 

"Azərikimya” İB-nin Etilen-polietilen zavodunda QİÇS xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması, yoluxma hallarının aşkarlanması, kimyaçıların sağlam və təhlükəsiz həyat tərzi barədə maarifləndirilməsi məqsədilə aksiya keçirilib.
Kimyaçılara "İİV və QİÇS nədir və bu xəstəliklərə necə yoluxmaq olur?”, "İİV və QİÇS-dən qorunmanın yolları” haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu xəstəlik zamanı İİV virusu insanın müxtəlif infeksiyalara müqavimətini təmin edən immun sistemini mərhələlərlə zədələyərək tamamilə sıradan çıxarır və nəticədə Qazanılmış İmmunçatışmazlığı Sindromu əmələ gəlir. QİÇS-in inkişaf etməsi insanda müxtəlif infeksiyaların və ya onkoloji xəstəliklərin yaranması ilə özünü büruzə verir. Bütün dünyada İnsanın İmmunçatışmazlığı Virusuna yoluxanların 50 faizinin 15-25 yaş arası gənclərin təşkil etməsi faktı vurğulanıb.
Zavodun 150 nəfərə yaxın işçisi könüllülük prinsipi əsasında, anonim qaydada və pulsuz olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzinin tibbi briqadası tərəfindən ekspress-testdən keçirilib.

 

Sumqayıtda kimyaçılar müayinədən keçirildi

 

 

Sumqayıtda kimyaçılar müayinədən keçirildi

Socar.az

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR