Sumqayıtda hava

Manşet, Hadisə

Sumqayıtda maşın azyaşlının üstündən keçdi - VİDEO

 

Sumqayıtda azyaşlının xəsarət alması ilə nəticələnən qəza baş verib. Hadisə Sumqayıtın "Şərq” bazarının ətrafında qeydə alınıb.
Qəza ətrafda tikinti materiallarının satışı ilə məşğul olan ticarət obyektlərindən birinin müşahidə kamerasına düşüb. Görüntüdən belə məlum olur ki, valideynin nəzarətindən yayınan azyaşlı avtomobil yoluna qaçır.
Bu zaman yoldan keçən avtomobilin sürücüsü çox çalışsa da avtomobili saxlaya bilmir və uşaq avtomobilin altında qalır. Sürücü dərhal xəsarət alan azyaşlını xəstəxanaya çatdırıb və ona yardım göstərilib. Uşağın valideynləri isə qəza törədən sürücüdən məhkəməyə müraciət ediblər. Amma görünən odur ki, qəzanın baş verməsi valideynlərin övladlarına diqqətsiz yanaşması səbəbindən baş verir.

Musavat.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR