Sumqayıtda hava

Cəmiyyət

Müdafiə naziri sumqayıtlı idmançını mükafatlandırdı - FOTO

Müdafiə naziri sumqayıtlı idmançını mükafatlandırdı - FOTO


Avqustun 27-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir qrup ictimaiyyət nümayəndəsi ilə görüşüb. Nazir son dövrlərdə ictimaiyyət nümayəndələrinin cəbhəboyu zonalara səfərlərinin vacibliyini qeyd edərək, bu kimi tədbirlərin keçirilməsinin şəxsi heyətin və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin böyük ruh yüksəkliyinə səbəb olmasını xüsusi vurğulayıb. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, paralimpiya çempionu İlham Zəkiyev, "Azərbaycan Əfqanıstan Veteranları” İB-nin sədri Məhəmməd Vəliyev çıxış edərək səfərlərin təşkilində dəstəyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər

Cüdoçu, 2 dəfə paralimpiya oyunları, 2 dəfə dünya, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası İlham Zəkiyev isə Zakir Həsənov tərəfindən mükafata layiq görülüb. 

Müdafiə naziri sumqayıtlı idmançını mükafatlandırdı - FOTO  


"Sizə Silahlı Qüvəllərin Şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, onların vətənpərvərlik tərbiyəsində göstərdiyiniz xidmətlərə görə təşəkkür edir və böyük əminliklə bildirirəm ki, əsgəri olduğunuz hərbi hissəyə təqdim etdiyiniz Birinci Avropa oyunlarında şərəfinizə qaldırılan Bayraq Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalanacaq. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir", - deyə İ.Zəkiyevə təqdim edilən mükafatda qeyd edilib.
Xatıtladaq ki, İ.Zəkiyev buna kimi "Şöhrət" ordeni, "Tərəqqi" medalı, beynəlxalq "Qızıl çinar" mükafatlarına layiq görülüb.
Baku.ws





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR