Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda hərbi vətənpərvərlik mövzusunda dəyirmi masa keçirildi

Sumqayıtda hərbi vətənpərvərlik mövzusunda dəyirmi masa keçirildi

 

Avqustun 27-də M.Ə.Rəsulzadə adına kitabxana filialda hərbi vətənpərvərliyin təbliği ilə əlaqədar "İşğal altında qalan torpaqlarımız” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə kitabxananın qocaman oxucusu Cabbarov Zəkəriyyə, iqtisadçı Nadirov Arif, kitabxananın oxucuları, S.Vurğun adına Mərkəzi kitabxananın metodika-biblioqrafiya şöbəsinin müdiri Təranə Mirzəyeva, xidmət şöbəsinin müdiri Nailə Əsgərova və kitabxana işçiləri iştirak edirdi.

Sumqayıtda hərbi vətənpərvərlik mövzusunda dəyirmi masa keçirildi

Tədbiri kitabxananın müdiri Ofeliya Qafarova açıq elan edərək Dağlıq Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı törədilən kütləvi qırğından, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışdı. Cabbarov Zəkəriyyə ədəbiyyatımızda Qarabağ mövzusunda yazılan yazılardan, beynəlxalq təşkilatların mövqeyindən danışdı. Nadirov Arif isə Dağlıq Qarabağ poblemlərinin köklərinin nədən qaynaqlandığı barədə geniş və ətraflı məlumat verdi.

Tədbir ümümilikdə diskussiya şəklində davam etdi. Təranə Mirzəyeva vətənpərvərlik mövzusunda bu cür tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyət kəsb etdiyini söylədi. Bu cür tədbirlərin tez-tez keçirilməsini bildirdi.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR