Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Zafer Kupası” Sumqayıt idmançıları üçün uğurlu keçdi

“Zafer Kupası” Sumqayıt idmançıları üçün uğurlu keçdi

 

Türkiyənin Çərkəzköy bələdiyyəsinin dəstəyi ilə təşkil edilən 2-ci "Zafer Kupası” başa çatıb.
Yarış idmançılarımız üçün uğurlu alınıb. İraq, Kosova və Türkiyənin bir neçə bölgəsindən 220-dək uşaq, yeniyetmə və gəncin qatıldığı sınaqda, Sumqayıt Olipmpiya İdman mərkəzinin taekvondo bölməsinin və Sumqayıt taekvondo məktəbinin 11 üzvü mübarizə aparıb.
Yeniyetmələr arasında 41 kq çəkidə Xanoğlan Kərimov rəqiblərinə şans verməyərək, turnirin qızıl medalını qazanıb. Gənclər arasında isə Xanruh Fətullayev (58 kq) finala kimi inamlı irəliləsə də, həllediici mərhələdə rəqibinə məğlub olaraq turnirin gümüş mükafatına layiq görülüb.
Uşaqlar arasında Hümbət Kazımov (27 kq), yeniyetmələrdən Nihat Abbasov (33 kq), gənclərdən Mehriban Məmmədova (42 kq) yarımfinal mərhələsində məğlub olaraq, yarışı bürünc medalla başa vurublar. Beləliklə, komandamız bu turnirdə 1 qızıl, 1 gümüş və 3 bürünc medalla uğura yetişiblər. Komanda hesabında millimiz İraq dan sonra 4-cü yeri tutub.
Yarışdan öncə Sumqayıt idmaçılarını Çərkəzköy şəhərinin bələdiyyə başkanı Vahab Akay qəbul edib. Yerli media nümayəndələrin iştirakı ilə keçən görüşdə, komandanı səmimi qarşılayan başqan, idmançıları salamlayaraq xoş gəldiklərini bildirmişdir:
”Sizləri Çərkərzköydə yenidən görməyimə çox şadam. Şadıq ki, iki qardaş dövlətin idmançıları bir aradadır.
Ötəl il bizlərlə birlikdə bu turnirdə iştirak etdiniz. ”Zafer Kupası”na qatılacağınız bizi məmnun edir və gözəl bir turnir olacağına inanıram. Çərkəzköyə gəldiyinizə və yarışa qatılacağınıza görə sizlərə təşəkkür edirik”.
Çərkəzköy Spor klubunun baş məşqçisi Bilal Güzel də komandamız adına xoş sözlər söyləyib, yarış iştirakçıları haqqında bələdiyyə başqanına ümumi məlumat verib. İdmançılarımız sentyabrın 3-də Vətənə dönəcəklər.
Allsport.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR