Sumqayıtda hava

İqtisadiyyat

"Sumqayıt Kimya Sənaye Parkı"nın sənaye parklarında rezidentlərin sayı 5-ə çatıb

"Sumqayıt Kimya Sənaye Parkı"nın sənaye parklarında rezidentlərin sayı 5-ə çatıb

 

"Bakı Gəmiqayırma Zavodu" MMC-yə Qaradağ Sənaye Parkının ilk rezidenti statusu verilib.
"YeniSumqayit.Az"ın İqtisadiyyat və Sənaye Nazirliyinin saytına istinadla verdiyi məlumata əsasən, bununla, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin idarəedici təşkilatı olduğu sənaye parklarında rezident kimi qeydiyyatdan keçmiş şirkətlərin sayı 5-ə çatıb.
Qeyd edək ki, "Bakı Gəmiqayırma Zavodu" MMC SOCAR, Azərbaycan İnvestisiya Şirkəti və Sinqapurun "Keppel Offshore & Marine" şirkəti tərəfindən yaradılıb. Müəssisə ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

KATEQORIYALAR