Sumqayıtda hava

Manşet, Cəmiyyət

İcra başçısı: "Qubadlıya qayıdacağımız gün uzaqda deyil."

İcra başçısı: "Qubadlıya qayıdacağımız gün uzaqda deyil."


Avqustun 31-də Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 22-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkili İmamverdi İsmayılov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri, respublikanın digər qurumlarınından olan qonaqlar iştirak ediblər.
Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanındakı abidənin önünə əklil qoyulduqdan sonra tədbir iştirakçıları xiyabandakı məzarları ziyarət ediblər.
M.İsaqov çıxışında Qubadlının işğalının 22-ci ilinin tamam olduğunu, zəngin tarixə malik olan rayonun bütün əmlakının ermənilər tərəfindən talan edildiyini vurğulayıb. O bildirib ki, düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxın ağır yaralanıb, 300-dən artıq  rayon sakini əlil olub, 100 nəfərdən çox isə itkin düşüb. 9 nəfər Milli Qəhrəman adına laiq görülüb. Hazırda 36 min nəfərdən artıq Qubadlı sakini respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalinin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb.
Başçı qeyd edib ki, 22 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökümətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirib. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayltmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.
Sonrakı çıxışlarda da İlham Əliyev cənablarının rəhbərliyi ilə doğma torpaqlarımıza qayıdacağımıza olan sonsuz inam ifadə olunub.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR