Sumqayıtda hava

Cəmiyyət

Yeni icra başçısı: “Prezidentin etimadını doğrultmağa çalışacağam.”

Yeni icra başçısı: “Prezidentin etimadını doğrultmağa çalışacağam.”

 

"Mənə etimad göstərib bu vəzifəyə təyin etdiyi üçün ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm”
Bunu APA-ya açıqlamasında bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İradə Gülməmmədova bildirib. O, qeyd edib ki, bu məsuliyyətli vəzifəyə təyin edilməsi ölkə başçısının qadınlara verdiyi diqqət və qayğının təcəssümüdür:
"Ölkə başçısı bu məsuliyyətli vəzifəyə məni təyin etdiyi üçün bütün qadınlar adından ona təşəkkürümü bildirirəm. Çalışacağam ki, prezidentimizin mənə göstərmiş olduğu etimadı bacarığımla, var-qüvvəmlə doğruldum”.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncam ilə İradə Gülməmmədova Abşeron Rayon İH-nin başçısı təyin edilib. O buna qədər Abşeron Rayon İH-nin başçısının birinci müavini vəzifəsində çalışıb, həmçinin, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür.





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR