Sumqayıtda hava

Elan

Sumqayıtda "Məqsədlərimiz" təlimi keçiriləcək

Sumqayıtda "Məqsədlərimiz" təlimi keçiriləcək

 

Sumqayıt şəhər Gənclər Evində  "Məqsədlərimiz" təlimi təşkil olunacaq.
Tarix: 6 sentyabr 2015-ci il
Vaxt: 14:00-16:00

Təlimin mövzuları:
1.Zamanın idarə olunması
2. Müvəffəqiyyətli karyera
3. Karyera məqsədləri

Təlimçi: Fəxri Ağayev
Ali təhsil: Mərmərə Universiteti, "Economics and Business Management” fakültəsi məzunudur.
İş təcrübəsi: Türkiyədə və Azərbaycanda tanınmış firmalarda rəhbə vəzifələrdə işləyib:
-Duravit AG
-Nurgun Holding
-Caspian Express
-Subaru Azerbaijan
-Hyundai Azerbajan
-Embawood
Avropa, Asya və MDB ölkələrində stratejik idarəetmə, Marketinq, Satış, İnsan Resurslarının İdarəedilməsi mövzularında çoxsaylı təlim, seminar və konfranslarda iştirak edib.
Qafqaz Universitetinin müəllimi, biznesin idarə olunması, menecment idarəçiliyi, zamanın idarə olunması, karyera planlaşdırması və s. mövzularda müxtəlif qəzet və xəbər saytlarında məqalə yazarı və eyni zamanda bloggerdir (Sağlam həyat tərzi haqqında şəxsi bloq sahibidir).

Təlim ödənişsizdir.
Təlimdə iştirak etmək üçün səhifənin inboxuna (facebook.com/LondonLanguageandBusinessSchool2015) e-mailinizi, ad, soyad və əlaqə nömrənizi yazmağınız və təsdiq mesajı almağınız lazımdır.
Təlim üçün cəmi 130 yer ayrılıb. Təlimə yarım saat öncə gəlməyiniz xahiş olunur.
Təlimdə yalnız qeydiyyat şərtlərini doğru təmin etmiş şəxslər iştirak etmək hüququnu qazanacaq.

Ünvan: 5-ci mikrorayon. 15 N-li məktəbin arxası.
Tel: (994 18) 65 2 13 11, (994 70) 70 652 13 11





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR