Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Bakı-Sumqayıt qatarının marşrutu, hərəkət intervalı açıqlandı

Bakı-Sumqayıt qatarının marşrutu, hərəkət intervalı açıqlandı

 

Elektrik qatarları səhər saat 6:00-12:00 aralığında 30 dəqiqə, saat 12:00- 16:00 aralığında 1 saat, saat 16:00- 24:00 aralığında 30 dəqiqə intervalı ilə hərəkət edəcək
"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək.
Sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrutu ilə hərəkət edəcək. N.Əzməmmədov qeyd edib ki, artıq Sumqayıt sərnişin stansiyasında köhnə inzibati bina sökülüb, bu günlərdə yeni, ikimərtəbəli, müasir standartlara cavab verən inzibati binanın tikintisi başlayacaq. Eyni zamanda artıq Sumqayıt sərnişin stansiyasında yeni platforma, sərnişinlərin təhlükəsiz hərəkəti üçün tunel sentyabrın 15-dən istifadədə olacaq.
Bu marşrutla hərəkət edəcək 8 qatardan 3-ü ikimərtəbəlidir. Bu 3 qatar "Stadler Rail Group” şirkətinin "Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarlarıdır. Bu elektrik qatarlarının hər biri 4 vaqondan ibarətdir. Ümumi sərnişin tutumu 919 nəfər olan qatarda 396 oturacaq var ki, bunun da 84-ü biznes-sinfinə aiddir. İlin sonunda ikimərtəbəli qatarlardan ikisi də gətiriləcək və beləliklə bu xətdə 5 ikimərtəbəli qatar hərəkət edəcək.
Sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 6:00-an səhər saat 12:00 aralığında qatarlar həm Bakıdan, həm də Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. Səhər saat 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək. Bu intervalların tətbiqi gün ərzində sərnişin sıxlığı ilə əlaqədar müəyyənləşdirilib.
N.Əzməmmədov onu da bildirib ki, növbəti mərhələdə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində elektrik qatarları dairəvi dəmir yolu xətti ilə hərəkət edəcək. Çünki tədricən Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək və beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq.
Sərnişinlər biletləri həm vağzallarda kassadan, həm də avtomatik işləyən terminallara pul ödəməklə alacaqlar. Biletləri bütün stansiyalardan almaq mümkün olacaq. Sonradan isə biletlərin kartla satış sisteminin tətbiqi nəzərdə tutulub.
APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR