Sumqayıtda hava

Elan

"Bir Qələm" XEYRİYYƏ AKSİYASI keçirilir

"Bir Qələm" XEYRİYYƏ AKSİYASI keçirilir

 

Bilirsiniz ki, tədris ilin başlanmasına az bir müddət qalıb. Artıq valideynlər övladları üçün lazım olan məktəbli ləvazimatlarını, məktəbli formalarını almağa başlayırlar. 
Lakin elə valideynlər də var ki, onlar övladları üçün məktəbli ləvazimatların, məktəbli formaların ala bilmirlər və çox zaman bu səbəbdən bu uşaqlar məktəbə getmir, təhsildən kənar qalırlar. Bu valideynlərin çoxu tənha ana və ya atadılar. Gəlirləri ancaq gündəlik ehtiyaclara çatır.
Dəstək olmaq çox sadədir. Qarşınıza çıxan məktəb ləvazimatı dükanına girisiniz, gücünüz çatan məbləğdə qələm, dəftər, rəngli karandaş, rəsm dəftəri, məktəbli çantası, rəngli kağızlar, plastilin, iş dəftərləri və s. alırsınız.
Sonra bu nömrələrə zəng edirsiniz və ya bizə yazırsınız :
012 571 20 62
055 277 44 08
Və ya mağazaya getməyə vaxtınız yoxdursa ayıracağın məbləğdə pulu bizə çatdıra bilərsiz. Bizim könüllülər özləri lazımı ləvazimatları alıb sonra sizə alınan ləvazimatların hesabatını verə bilərlər.
Qeyd edək ki yığılan ləvazimatlar aztəminatlı ailələrin uşaqlarına çatdırılır. Aztəminatlı ailələri tapmaq üçün isə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq uşaq təşkilatının data bazasından istifadə edirik.
Bu könüllü əsaslarla idarə olunan və artıq 4-cü ildir ki davamlı şəkildə təşkil olunan sosial məsuliyyət kampaniyasıdır.

DOSTLAR!
Sizin verə biləcəyiniz bir qələm də bu uşaqların təhsilə başlamalarına və ya təhsillərini davam etdirmələrinə bir vasitə olacaq. 
Gəlin bu köməyimizi bu uşaqlardan əsirgəlməyək onlara DƏSTƏK OLAQ!
Unutmayın, yaxşılıq etmək asandır, yetər ki EQOist olmayaq!





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR