Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

 


Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı Gənclər Birliyi növbəti parlament seçkiləri ilə əlaqədar bir qrup fəal və ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. Görüşdə çıxış edən YAP Sumqayıt ŞT Gənclər Birliyinin sədri Elvin Məmmədzadə bildirib ki, qarşıdakı parlament seçkilərində gənclərin fəal olması olduqca vacibdir. Ölkə rəhbərliyinin hər zaman gənc nəslin inkişafına, təhsilin yüksəlişinə diqqət və qayğısını xüsusi vurğulayan E.Məmmədzadə gənclərin də dövlətimizin inkişafında iştirakının mütləq olduğunu deyib.
O, YAP üzvü olan gənclərin bu prosesdə fəallığı ilə seçildiyini də vurğulayıb:
"Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edərək gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu siyasət, etimad, gənclərə qarşı diqqət bu gün də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Ulu öndərin gənclər siyasətinə olan sadiqliyi verdiyi mühüm qərarları ilə hər zaman təsdiqini tapır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu diqqətin nəticəsidir”.
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatı GB-nin sədr müavinləri Səma Əsədova, Günel Qiyasova, Elvin Dadaşov Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını vurğulayıblar. Bildirilib ki, hər bir seçki prosesi gənclər üçün böyük təcrübə rolunu oynayır.
Çıxış edən ilk dəfə səs verəcək Nazlı Mustafayeva və Saday Əsədov gənclərə qarşı xüsusi diqqət və qayğı nümayiş etdirən Yeni Azərbaycan Partiyasına öz minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, gənclər bu seçki prosesində fəallıq göstərərək məntəqələrə gedib səs verəcəklər.
Yeniazerbaycan.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR