Sumqayıtda hava

Cəmiyyət

Ceyranbatanda yeni uşaq bağçası açılıb

Ceyranbatanda yeni uşaq bağçası açılıb


Abşeron rayonunun Ceyranbatan qəsəbəsində 2 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.

120 yerlik körpələr evi-uşaq bağçasının açılış mərasimində çıxış edənlər böyüməkdə olan nəslin fiziki və zehni inkişafına göstərdikləri gündəlik diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra bağça ilə tanışlıq olub. Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara qayğılarını əks etdirən fotoguşələr yaradılıb.

Bağçada 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcək. Uşaqlara burada rəqs və musiqi də öyrədiləcək. Yaşlarına müvafiq olaraq 6 qrupa bölünən uşaqların tərbiyəsi ilə 12 müəllim və 1 musiqi rəhbəri məşğul olacaq.

Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan hazırlanan yataq dəstləri, oyuncaqlar və dərs ləvazimatları bütün sanitar-gigiyenik norma və standartlara cavab verir.

(AzərTAc)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR