Sumqayıtda hava

Manşet, Cəmiyyət

"Azərikimya"da payız iməciliklərinə start verildi

"Azərikimya"da payız iməciliklərinə start verildi

 

Sentyabrın 4-də "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində 2015-ci ilin payız iməciliklərinə start verilib.
Birliyin Mətbuat Xidmətindən "YeniSumqayit.Az"a verilən məlumata görə, ilk iməciliklərini qarşıdan gələn 20 sentyabr - Neftçilərin peşə bayramı gününə həsr edən kimyaçılar Birliyin struktur bölmələrinin ərazilərində təmizlik-abadlıq işləri aparmağa qərar vermişlər. İməcilikdə Etilen-polietilen zavodundan 200, Təmir-tikinti İdarəsindən isə 75 nəfər olmaqla 275 kimyaçı iştirak etmişdir.
"Azərikimya"da payız iməciliklərinə start verildi
Əsas qüvvələrini Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin daxili ərazilərinə cəlb edən kimyaçılar iməcilik ərzində abadlıq işləri apararaq müvafiq əraziləri alaq otlarından təmizləmiş, ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərmiş, diblərini belləmiş, suvarma işlərini həyata keçirmiş, həmçinin öncədən hazırlanmış sahələrdə bəzək və gül kolları əkmişlər.
Sumqayıtın sənaye zonasında yaşıllığın artırılmasına, bununla da ekoloji mühitin yaxşılaşdırılmasına xidmət edən iməciliklərin daha ikisinin – 12 və 19 sentyabr iməciliklərinin də Neftçilərin peşə bayramı gününə həsr edirilməsi nəzərdə tutulmuşdur.

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR