Sumqayıtda hava

Elan

Gəncədə iş axtaran gənclər üçün əvəzedilməz imkan

Gəncədə iş axtaran gənclər üçün əvəzedilməz imkan

 

Gəncədə yaşayan və iş axtaran gənclər üçün əvəzedilməz imkan.
Oktyabr ayının əvvəllərində başlayacaq olan məşğulluqla bağlı layihəyə iştirakçı seçımi başlayıb.
Layihənin məqsədi işsiz və iş axtaran vətəndaşlar üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. İştirakçılar iş axtarma fəaliyyətini layihə çərçivəsində yaradılan mərkəzdə gündəlik iş rejimində, həftənin 5 günü saat 09:00-14:00 arası olmaqla həyata keçirəcəklər. Layihə periodu işaxtarma bacarıqlarının inkişafı təlimləri, departamentlərdə iş, fəal iş axtarma, şəbəkənin genişləndirməsi, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. olmaqla bir neçə mərhələdən ibarətdir.
Layihədə iştirak müddəti maksimum 3 aydır. İştirakçılar iş taparkən layihəni tərk edirlər. İştirakçılara layihənin sonunda sertifikat və tövsiyyə məktubları veriləcək. İştirakçılar müxtəlif yaş, ali təhsil, iş təcrübəsinə malik və ya heç bir iş təcrübəsi olmayan isşiz və iş axtaran şəxslərdən seçiləcək.
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən aparılacaq: 
• Namizəd ali təhsilə malik olmalı;
• Motivasiyalı olmalı;
• Layihəyə müraciət etdiyi dövrdə işsiz olmalı;
Təcrübədə layihədə iştirak etdikləri müddət ərzində orta hesabla iştirakçıların 80%-i iş tapmağa müvəffəq olurlar.
Layihədə iştirak ödənişsizdir.
Maraqlanan şəxslərdən öz CV-lərini ganja.syslab@gmail.com ünvanına göndərmələri xahiş olunur.





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR