Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi vəzifəsindən azad olundu

Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi vəzifəsindən azad olundu

 
Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi vəzifəsindən azad olunub.
Vəkil Ceyhun Yusifovun Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Rahib Əliyev barəsində Daxili İşlər Nazirliyinə göndərdiyi şikayətlər araşdırılıb. Nəticədə o, tutduğu vəzifədən azad olunaraq sərəncama göndərilib.
Ceyhun Yusifov açıqlamasında Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Elşad Bəyovun vəkili olduğunu bildirib:
"Mən müdafiə hüququnun həyata keçirilməsində maneə törədilməsi, işgəncə faktları ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət məktubu göndərmişdim. Həmin şikayətlərin bir qismi araşdırılıb, müstəntiq Rahib Əliyev vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onu da bildirim ki, müstəntiq Rahib Əliyev də mənim müdafiəçi kimi işdən uzaqlaşdırılmağım barədə qərar verib. Həmin qərar isə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən ləğv olunub”.





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR