Sumqayıtda hava

Manşet / İqtisadiyyat

30 illik Sumqayıt yolu 5 ilə darmadağın olub - FOTOLAR

30 illik Sumqayıt yolu 5 ilə darmadağın olub - FOTOLAR 


Yararsız hala düşən Bakı-Sumqayıt yolu; yaxud nəqliyyat nazirinın "yamaqlı şalvar" siyasəti...
630 milyon manat dövlət vəsaiti hesabına yenidən qurulan və 2010-cu ildə tam istifadəyə verilən Bakı-Sumqayıt-Quba yolu yararsız hala düşüb.
Xüsusilə yolun Saray və Ceyranbatan qəsəbələrindən keçən hissəsi darmadağın olub. Əslində, həmin hissələrdə yol daha öncə yararsız hala düşüb; beton plitələr bir-birindən aralanıb, çatlar, çökmələr, qabarmalar meydana gəlmişdi. Yolun inşasını həyata keçirən Nəqliyyat Nazirliyi "çatlaqları örtmək” siyasəti həyata keçirərək, dəfələrlə şosenin dağılan hissələrini yamayıb. Hazırda yol o vəziyyətə düşüb ki, avtomobillər təxminən kənd yolundakı kimi hərəkət edirlər.

30 illik Sumqayıt yolu 5 ilə darmadağın olub - FOTOLAR

Faktiki olaraq 630 milyon manata başa gəlmiş yol bu gün yamaqlı şalvarı xatırladır.
Daha öncələr də bu haqda "Yeni Müsavat”da reportajlar dərc edilib. Hər dəfə də Nəqliyyat Nazirliyi məsələyə belə şərh verib ki, dağılan hissələrdə təmir-bərpa, daha dəqiq desək, yamama işləri aparılıb. Bu, təxminən ona bənzəyir ki, çox bahalı bir kostyum alırsan, qısa müddətdə o cırılır. Firmaya şikayət edəndə isə "get yamaq vur geyin” məsləhəti verilir...





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR