Sumqayıtda hava

Cəmiyyət

35 dərəcə isti olacaq - 09.09.2015

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.
Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində dəniz suyunun temperaturu 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
 
Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənən qərb küləyi ilə əvəz olunacaq.
Gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 26-31 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 9-da Abşeron yarımadasında gündüz isti temperatur diskomfortu və bəzi saatlarda havada rütubətliliyin bir qədər çox olması meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 10-11-də isə mülayim xəzri küləyinin üstünlüyü müsbət amildir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR