Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda daha bir nümunəvi məhəllə

Sumqayıtda yeni nümunəvi məhəllə istifadəyə verilib. Şəhərin 36-cı məhəlləsində istifadəyə verilən bu yeni nümunəvi məhəllə sayca 11-cidir. Burada oturacaqlar, köşklər quraşdırılıb, uşaqlar üçün əyləncə meydançaları tikilib. Məhəllədə mini futbol meydançası da tikilib, daxili yollara asfalt döşənib, yaşıllıq salınıb, binaların fasadları rənglənib, dam örtüyü yeniləri ilə əvəz olunub. Həmçinin Sülh küçəsində yerləşən binaların fasadları texnodizayn üslubunda yenilənib.

Məhəllənin açılış mərasimində çıxış edən Sumqayıt Şəhər İH-nin başçısı Eldar Əzizov məhəllə və mikrorayonlarda növbəti nümunəvi məhəllələrin salındığını və bu prosesin davam etdirildiyini bildirib.
İcra hakimiyyətinin başçısı 2015–ci ilin əvvəlindən şəhərin inkişafı ilə bağlı yeni layihələrin icrasına başlanılacağı barədə məlumat verib.

Tədbirdə iştirak edən sakinlər yaradılan şəraitə, diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Açılış mərasimi konsert proqramı ilə başa çatıb.

(AzərTAc)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR