Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtlılar yeni icra başçısından nə gözləyir?

 

Sumqayıtlılar yeni icra başçısından nə gözləyir?
İkram İsrafıl: "Onunla şəxsi münasibətlərimiz daim normal olub”; Fəxrəddin Abbas: "Ola bilsin ki, əvvəlkindən yaxşı olsun”
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıt şəhərinə rəhbər təyin edilməsi ötən həftənin ciddi hadisələrindən biri oldu. Əvvəllər Sumqayıt şəhər bələdiyyəsinin sədri işləmiş Z.Fərəcovun gələcək fəaliyyəti çoxlarında maraq doğurur. 
Sumqayıtdan olan tanınmış simaların yeni təyinata dair mövqelərini öyrəndik.
Şəhərin keçmiş deputatı, Müsavatın Divan üzvü İkram İsrafil bildirdi ki, Zakir Fərəcovun fəaliyyəti əvvəlki icra başçısı Eldar Əzizovdan fərqli olacaq:
"İcra başçıları məsələlərində fərqli yanaşmalar var. Əvvəllər də qeyd edirdim ki, rayonlarda rəhbər vəzifələrə yerli sakin olan şəxslər təyin olunmalıdır. Yeni təyinatla bağlı onu deyə bilərəm ki, əvvəlki icra başçısından fərqli olacaq. Buna səbəb Zakir Fərəcovun Sumqayıtda gəncliyindən fəhləliklə məşğul olması, müxtəlif sahələrdə çalışmasıdır. Abşeron rayonuna icra başçısı getməmişdən əvvəl Sumqayıt bələdiyyəsinin sədri idi. Onunla şəxsi münasibətlərimiz daim normal olub. 
Baxmayaraq ki, Müsavat Partiyasının Sumqayıt təşkilatının sədri idim, amma münasibətlərimiz sivil idi. Partiyamıza, şəxsimə qarşı da münasibəti normal idi. Zakir Fərəcovun Sumqayıtda icra başçısı olması şəhərə ziyan olmaz. Ünsiyyətdə olduğum insanların bu təyinatdan razı qaldıqlarını gördüm. Ümumən Sumqayıt əhlinin bu təyinata müsbət yanaşdığını düşünürəm. Ona qarşı münasibət hələlik pis deyil”.
Müsavatın Sumqayıt təşkilatının hazırkı sədri Fəxrəddin Abbas icra başçısının kim olmasının Azərbaycanda önəminin olmadığını qeyd etdi: "Bu hakimiyyətdə icra başçıları tapşırıq yerinə yetirən insanlardır. Burada bir məsələ var ki, əvvəlki icra hakimi Eldar Əzizov Gəncədə olarkən Müsavatın qərargahını dağıtdı. Sumqayıta icra başçısı təyin olunduqdan sonra isə burada qərargahımızı bağlatdırdı. Ümumiyyətlə, o adam hara icra başçısı təyin olundusa, mənfi mənada ad çıxardı. İndiki təyinat ola bilsin ki, əvvəlkindən yaxşı olsun. Çünki Sumqayıtda yaşayıb, burada müxtəlif vəzifələrdə çalışıb. Amma siyasi anlamda heç bir dəyişiklik gözləmirəm”.
Musavat.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR