Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtlı politoloq - "Yaxşı ki, Zakir müəllim yenidən Sumqayıta qayıtdı."

 

Prezidentin müvafiq sərəncamı əsasında Zakir Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi son günlərdə Sumqayıt sakinləri arasında ən çox müzakirə olunan mövzulardandır.
Mövzu ilə əlaqədar olaraq Sumqayıt bələdiyyəsinin keçmiş üzvü, politoloq Vasif Əfəndi "YeniSumqayit.Az"-a açıqlama verib:
- Sumqayıt şəhər müşavirəsində yeni təyin olunmuş icra hakimiyyətinin başçısı Zakir Fərəcovun bələdiyyənin işi ilə bağlı iradlarını bildirrməsi ilə tam razıyam. Həqiqətən də Fərəcov Zakirin 11 il əvvəl qoyub getdiyi bələdiyyədən əsər əlamət qalmayıb. Bu illər ərzində demək olar ki, heç bir sosial layihə həyata keçirilməyib. Məhəllədaxili yollar bərbad vəziyyətdədir. Sumqayıt bələdiyyəsinin sakinlər arasında heç bir nüfuzu yoxdur.
Mən Sumqayıt bələdiyyəsinin ilk üzvlərindən biri kimi Fərəcovun bu dediklərinə qoşuluram. 1999-2005-ci illərdəki bələdiyyənin nüfuzundan əsər əlamət qalmayıb. İlk növbədə Sumqayıt bələdiyyəsinin nüfuz sahibi olmasının səbəbi Fərəcov kimi bacarıqlı dövlət adamının işgüzarlığı olub. Gərəkirsə həmin illərdə Sumqayıt bələdiyyəsinin gördüyü işlər barədə statistik məlumatlar da verə bilərəm. Açığını deyim ki, Fərəcovun Sumqayıtdan Abşeron rayonuna getməsini təəsüflə qarşılayanlardan biri də mən olmuşam. Çox yaxşı ki, Zakir müəllim yenidən Sumqayıta qayıtdı. Fərəcov Sumqayıtın sosial iqtisadi inkişafında böyük dönüş yarada biləcək iqtidarındadır. Bu işdə ona yalnız uğurlar arzulamaq istəyirəm.





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR