Sumqayıtda hava

Elan

Şahdağ Turizm Kompleksində işləmək istəyənlərin NƏZƏRİNƏ

Şahdağ Turizm Kompleksində işləmək istəyənlərin NƏZƏRİNƏ 

 
Qarşıdan gələn qış sezonunda Şahdağ Qış-Yay Turizm Kompleksində işləmək istəyən gənclərin nəzərinə!

Qusar rayon Gənclər və İdman İdarəsi "Şahdağ Gənclər Klubu” İctimai Birliyi ilə birgə "Regional turizm və kadrların formalaşması” təlimini təqdim edir.
Artıq 3 ildir ki, onlarla qusarlı gənc Şahdağda işləyərək karyera yüksəlişi və özinkişaf şansını qazanır. Və bu gənclərin sayı hər il artır. Bu da Qusar rayonunda otel biznesi peşəkarların yaranmasına və inkişafına səbəb olur.
Bəs otel nədir? Oteldə işləmək üçün nəyi bilmək lazımdır? Oteldə hansı departamentlər var?
Həmin departamentlərin iş rejimi və strukturu necədir? Otelə CV yazarkən əsas nələr nəzərə alnmalıdır? Bu və digər suallara ətraflı cavab tapmaq istəyirsinizsə hər birinizi təlimə dəvət edirik.
Təlim 2 gün davam edəcək. 
Qusar Gənclər Evində auditoriya şəraitində həyata keçiriləcək birinci hissədə iştirakçılar aşağıdakı məlumatları əldə edəcəklər:
- Otel nədir
- Otel daxilindəki departamentlərin iş prosesi 
- Onların idarə olunması və strukturu
Şahdağ Yay-qış Turizm Kompleksində yerləşən Şahdağ oteldə keçiriləcək ikinci hissədə isə iştirakçılar Şahdağ otelin timsalında kompleksdə yerləşən otellərin iş rejimi ilə əyani tanış olacaqlar.

QEYD: Təlimin sonunda iştirakçılar sertifikatla təmin olunacaqlar 

İŞTİRAK ÖDƏNİŞSİZDİR

Təlimçi : Kənan Abdullayev
Təhsili: Azərbaycan Turizm İnstitutunun İdarəetmə Fakültəsi (Turizm idarə BS)
Azərbaycan Dövlət İqtisad Universiteti Biznesin idare edilmesi (Beynəlxalq Biznes MBA)
İş təcrübəsi: "Sheraton" Baku Airport Hotel F&B Departament
Dil bilgiləri: Azərbaycan, Rus ,İnglis

Son qeydiyyat tarixi: 17 sentyabr 2015-ci il
Qeydiyyat linki:https://shyc.wufoo.com/ forms/z1m9thhp0wa0sxn/

Təlim Qusar Gənclər Evində Keçiriləcək.
Ünvan: Qusar şəhər H. Əliyev prospekti 19/b





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR