Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıt vağzalında tikinti-quraşdırma işləri davam etdirilir - FOTOLAR

Sumqayıt vağzalında tikinti-quraşdırma işləri davam etdirilir - FOTOLAR 

 

Xəbər verdiyimiz kimi, Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı sentyabrın 15-dən işləyəcək. "Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 8 elektrik qatarı işləyəcək.
Sərnişin qatarları Bakı Dəmiryol Vağzalı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt sərnişin stansiyası marşrut ilə hərəkət edəcək. Qatarları qarşılamaq və yola salmaq, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə Sumqayıt sərnişin stansiyasında da tikinti-quraşdırma işləri davam etdirilir. Artıq köhnə inzibati bina sökülüb, yeni, ikimərtəbəli, müasir standartlara cavab verən inzibati binanın tikintisi başlayıb. Eyni zamanda artıq Sumqayıt sərnişin stansiyasında yeni platforma, sərnişinlərin təhlükəsiz hərəkəti üçün tunel sentyabrın 15-dən istifadədə olacaq.
Sumqayıt vağzalında tikinti-quraşdırma işləri davam etdirilir - FOTOLAR
Xatırladaq ki, sərnişin qatarları səhər saat 6-dan hər iki istiqamətdə hərəkətə başlayacaq və 40 dəqiqəyə Sumqayıtdan Bakıya və əks istiqamətə çatacaq. Səhər saat 6:00-an səhər saat 12:00 aralığında qatarlar həm Bakıdan, həm də Sumqayıtdan 30 dəqiqə intervalı ilə çıxacaq. Səhər saat 12:00-dan günorta saat 16:00 aralığında elektrik qatarlarının hərəkət intervalı 1 saat olacaq. Günorta saat 16:00-dan gecə saat 24:00 aralığında elektrik qatarları yenə 30 dəqiqə intervalı ilə hərəkət edəcək. Bu intervalların tətbiqi gün ərzində sərnişin sıxlığı ilə əlaqədar müəyyənləşdirilib.
Sumqayıt vağzalında tikinti-quraşdırma işləri davam etdirilir - FOTOLAR
Növbəti mərhələdə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində elektrik qatarlarının dairəvi dəmir yolu xətti ilə hərəkət etməsi nəzərdə tutulur. Çünki tədricən Sumqayıtdan Abşeron rayonunun Saray, Goradil, Fatmayı, Pirşağı, Kürdəxanı, Zabrat, Sabunçu, Bakıxanov qəsəbələrini əhatə edən marşrut istifadəyə veriləcək və beləliklə, Bakı-Sumqayıt dəmir yolu xətti dairəvi olacaq.
Sərnişinlər biletləri həm vağzallarda kassadan, həm də avtomatik işləyən terminallara pul ödəməklə alacaqlar. Biletləri bütün stansiyalardan almaq mümkün olacaq. Sonradan isə biletlərin kartla satış sisteminin tətbiqi nəzərdə tutulub.

 

Fotolar Nahid Məmmədova məxsusdur.

 

 

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR