Sumqayıtda hava

Elan

Elektrik mühəndisliyi üzrə Ödənişsiz Sınaq İmtahanı keçiriləcək

Elektrik mühəndisliyi üzrə Ödənişsiz Sınaq İmtahanı keçiriləcək

 

Barattson "Elektrik mühəndisliyi üzrə 100% Ödənişsiz Sınaq İmtahanı"-nı təqdim edir.
Sınaq İmtahanı" sentyabrın 19-da, saat 19:00-da Barattson ofisində təşkil ediləcək.
Elektrik mühəndisliyi üzrə Sınaq İmtahanı növbəti strukturdan ibarət olacaq:

Ümumi test suallarının sayı - 50
Hər sual 2 bal ilə qiymətləndiriləcək.
İmtahan müddəti 2 saatdır.
Sınaq İmtahanı İngilis dilində keçiriləcək.

Sınaq İmtahanında kimlər iştirak edə biləcək?
- Elektrik mühəndisliyi üzrə öz praktiki biliklərini sınamaq istəyənlər.
- Elektrik mühəndisliyi üzrə işə qəbul üçün hazırlaşanlar.
- Neft və qaz sahəsi üzrə təhsil alanlar.
- Neft və qaz sahəsi ilə maqlananlar.
- Digər şəxslər.

Sınaq İmtahanında iştirak etməyin üstünlükləri:
Sınaq imtahanında müvəffəqiyyət qazanan iştirakçılar üçün Barattson şirkətinin təşkil etdiyi 48 saat müddətli və qiyməti 657 manat olan "Neft və Qaz sənayəsi üçün Elektrik mühəndisliyinin əsasları" kursunda güzəştli şərtlərlə iştirak etmək fürsəti təqdim edilir.
Qeyd etməliyik ki, Barattson şirkətinin keçirdiyi kursların yekununda tələbələr kodlaşdırılmış sertifikatla təltif olunurlar.
Belə ki, 19 Sentyabr 2015-ci il tarixində keçirilən "Elektrik mühəndisliyi üzrə Sınaq İmtahanı"-nda 80 bal və ya yuxarı toplayanlar üçün yuxarıda qeyd olunan kursda tamamilə ödənişsiz, 70 bal və ya yuxarı toplayanlar üçün 50% endirimli, 60 bal və ya yuxarı toplayanlar üçün isə 30% endirimli şərtlərlə iştirak etmək imkanı yaradılır.

İmtahanda yalnız qeydiyyatdan düzgün keçənlər iştirak edə biləcək.
Qeydiyyatdan keçmə qaydaları ilə sizi tanış edirik:
1. Online qeydiyyat http://barattson.com/en/ webform/ online-registration-form
2. TRAINING/SEMINAR/COURSE bölməsində Electrical Engineering seçirsiniz, özünüz haqqda məlumatı qeyd edirsiniz.
3. Şəxsiyyət vəsiqənizin skan edilmiş versiyasını training@barattson.com ünvanına yollayırsınız, məktubun mövzu hissəsində "Elektrik mühəndisliyi üzrə sınaq imtahanı"-nı qeyd edirsiniz.

Əlavə məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:
training@barattson.com
012-505-44-96/97, 070-205-44-96/97





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR