Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ

Sumqayıtda bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ

 

 

Bakı-Sumqayıt elektrik qatarının istismara verilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində sərnişindaşıma xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə operativ tədbirlər həyata keçirib.
Tərtib olunan proqram əsasında dəmiryolu yaxınlığından keçən şəhərdaxili marşrutların bir neçəsinin hərəkət sxemində dəyişikliklər olunub.
Belə ki, Koroğlu prospekti ilə hərəkət edən "5”, "7”, "7a”, "10”, "25”, "30” və "39” saylı marşrut avtobusları Üzeyir Hacıbəyli küçəsindən dəmiryolu stansiyasına dönərək sərnişinlərin daşınmasını təmin edəcək. Sərnişinlər rahat və maneəsiz, vaxt itirmədən dəmiryolu stansiyasına gələ biləcəklər. Həmçinin, hazırda bu ərazidə avtobusların dayanacaq yerləri üçün xüsusi ciblər və sərnişinlər üçün piyada keçidləri çəkilir.
Sərnişinlərə nümunəvi xidmət göstərmək məqsədilə mütəmadi olaraq bu kimi tədbirlər həyata keçirilir.

 


 

Sumqayıtda bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ

APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR