Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Müəllimlərin maaş artımı 2016-cı il dövlət büdcəsi layihəsində əksini tapıb

Müəllimlərin maaş artımı 2016-cı il dövlət büdcəsi layihəsində əksini tapıb 


2016-cı ilin dövlət büdcəsi layihəsində təhsil xərcləri üçün 1713,5 mln. manat vəsait ayrılması nəzərdə tutulur. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz təşkil edəcək ki, bu da 2015-ci illə müqayisədə 2,4 faiz-bənd çoxdur.
Təhsil xərcləri üçün ayrılmış vəsaitin 940,1 mln. manatı (54,9 faizi) ümumi təhsil xərclərinin, 497,9 mln. manatı (29,0 faizi) təhsil sahəsində digər müəssisə və tədbirlərin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi, bakalavriat və magistratura pillələri üzrə xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və s.), 157,4 mln. manatı (9,2 faizi) məktəbəqədər təhsil xərclərinin, 37,2 mln. manatı (2,2 faizi) ali təhsil xərclərinin, 43,6 mln. manatı (2,5 faizi) orta ixtisas təhsili xərclərinin, 33,7 mln. manatı (2,0 faizi) ilk-peşə ixtisas təhsilinin, 3,6 mln manatı (0,2 faizi) əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı təsdiq edilmiş "Fəaliyyət Plan”da nəzərdə tutulmuş tədbirlərin maliyyə tələbatı üçün 2016-cı il dövlət büdcəsində müvafiq məbləğdə vəsait proqnozlaşdırılıb.
Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin maddi rifahını yaxşılaşdırmaq məqsədilə prezidentin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli, 994 nömrəli sərəncamına əsasən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılıb. Bu işin tətbiqinə Bakıda başlanıb, növbəti ildə respublikanın daha 12 şəhər və rayonunun (Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı, Sabirabad) dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub. Həmin artımların maliyyə təminatı 2016-cı il dövlət büdcəsinin layihəsində öz əksini tapıb. 
Ölkənin bəzi şəhər və rayonlarında yeni tikilib istifadəyə verilmiş məktəb və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər üçün 2016-cı il dövlət büdcəsinin layihəsində müvafiq məbləğdə vəsait proqnozlaşdırılıb.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR