Sumqayıtda hava

Manşet, İqtisadiyyat

Bakı-Sumqayıt qatarında gediş haqqı qiymətləri AÇIQLANDI - RƏSMİ

Bakı-Sumqayıt qatarında gediş haqqı qiymətləri AÇIQLANDI - RƏSMİ

 

Tarif Şurasının sentyabrın 14-də keçirilmiş iclasında "Azərbaycan Dəmir Yolları” QSC-nin müraciətinə baxılıb və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilib.
Məlumata görə, Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla, 20-70 qəpik arasında təsdiq edilib.
Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.
Qeyd edək ki, nəqliyyat sıxlığının aradan qaldırılması və tıxacların qarşısının alınması, əhalinin ictimai nəqliyyatdan istifadəsinin sadələşdirilməsi və rahatlığının təmin edilməsi məqsədilə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulub və yeni qatarlar alınıb.
Bakı-Sumqayıt qatarında gediş haqqı qiymətləri AÇIQLANDI - RƏSMİ

APA





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR