Sumqayıtda hava

Redaktorun Seçimi, Elan

Qeyri-Hökumət Təşkilatlarının nəzərinə

Qeyri-Hökumət Təşkilatlarının nəzərinə


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir

Şura aşağıdakı mövzular üzrə layihələri dəstəkləyəcək:
İnsan hüquqları, demokratiya və ictimai vəkillik
Şəffaflıq məsələləri
İctimai əhəmiyyət kəsb edən müxtəlif məsələlərlə bağlı maarifləndirmə
Beynəlxalq əməkdaşlıq məsələləri
Ətraf mühit və sağlamlıq məsələləri
Sosial məsələlər
Regionlara aid məsələlər

Layihələrin müddəti:
Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 3 aydan 12 ayadək ola bilər.

Maliyyə yardımının məbləği
Layihənin ümumi dəyəri 3000 manatdan 30000 manatadək ola bilər.

Müsabiqə üzrə ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılır:
1) Layihə təklifinin qəbulu
Bu mərhələ 11 dekabr 2014 – 15 yanvar 2015-ci il tarixədək müddəti əhatə edir. Bu mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir.
2) Ərizə və layihə təkliflərinin ilkin seleksiyası
Bu mərhələ 16-30 yanvar 2015-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, layihə və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
3) Qeydə alınmış layihə təkliflərinin ekspertizası
Bu dövr 2-16 fevral 2015-ci il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndirilir.
4) Şurada müzakirə və qaliblərin elan edilməsi. Müsabiqə qalibləri 2015-ci il martın 2-dən sonra elan olunacaq. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.

Ətraflı məlumat üçün daxil olun





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR