Sumqayıtda hava

Cəmiyyət

Sabahdan Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək

Sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minəcək.
"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, elektrik qatarları Bakı sərnişin, Keşlə, Biləcəri, Xırdalan və Sumqayıt marşrutu üzrə hərəkət edəcək.
Onun sözlərinə görə, elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərib.
Qatarlar Bakı sərnişin stansiyasından saat 5:10, 5: 30, 6:50, 16: 00, 17: 25, 18: 25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından 6:40, 7:10, 7:55, 17:10, 18:30, 19:30 və 20: 30-da yola düşəcək.
Bakı sərnişin, Biləcəri və Sumqayıt sərnişin stansiyalarında post-terminallar və turniketlər quraşdırılıb. Elektrik qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür. Bakı-Sumqayıt marşrutu üzrə 8 elektrik qatarı fəaliyyətdə olacaq. Bunlardan üçü "Stadler Rail Group” şirkətinin "Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarlarıdır.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR