Sumqayıtda hava

Manşet, Cəmiyyət

Baş həkimin sözləri Zakir Fərəcovu əsəbləşdirdi və...

Baş həkimin sözləri Zakir Fərəcovu əsəbləşdirdi və... 


2 saylı xəstəxananı baş həkim öz vəsaiti hesabına təmir etməli olacaq
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun camaat arasında "göz xəstəxanası" kimi tanınan 2 saylı xəstəxanaya gəlişi baş həkimə baha başa gəlib.
Təmirsiz vəziyyətdə olan, daxildən uçub-dağılan xəstəxananın bərbad vəziyyəti icra başçısının qəzəbinə səbəb olub. Xəstəxananın nə üçün təmirsiz olduğunu soruşan icra başçısına baş həkimin verdiyi cavab Zakir Fərəcovu daha da əsəbləşdirib. Baş həkim dövlət tərəfindən təmir üçün vəsaitin ayrılmadığını bildirib və xəstəxananın mövcud durumuna bununla haqq qazandırmağa çalışıb.
Z.Fərəcov isə cavabında baş həkimdən məlum xəstəxanada gün ərzində neçə cərrahi əməliyyatın keçirildiyini və bu əməliyyatların qarşılığında xəstələrdən nə qədər pul alındığını soruşub. Baş həkimin şifahi şəkildə səsləndirdiyi statistikanı dinləyən icra başçısı xəstəxana rəhbərliyinə maraqlı çıxış yolu təklif edib. İcra başçısı tövsiyyə edib ki, cərrahi əməliyyatlar üçün xəstələrdən alınan vəsaitin bir hissəsi təmir üçün ayrılsın.
İcra başçısı baş həkimi yalnız şəxsi maraqlarını güdməkdə, xəstəxana hesabına pul qazanıb xəstəxananın təmiri üçün bir qəpik vəsait xərcləmək istəməməklə ittiham edib. İcra başçısının bu xəbərdarlığından sonra baş həkim xəstəxananı daxili imkanlar hesabına təmir etməyə qərar verib. Mənbənin sözlərinə görə, artıq xəstəxana binası qarşısında aparılacaq təmir işləri ilə bağlı xəbərdarlıq lövhələri quraşdırılıb.
Moderator.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR