Sumqayıtda hava

Siyasət

Sumqayıtlı politoloq: "Azərbaycanın Avropa ailəsindən uzaq düşməsi Rusiyanın işinə yarayır."

 


Azərbaycanın Avropa ailəsindən uzaq düşməsi və münasibətlərin korlanması yalnız Rusiyanın işinə yarayır. Bununla Rusiya hakimiyyəti Azərbaycana daha çox təsir etmək imkanı qazana bilər. Avronest Parlament Assambleyasında Azərbaycanın təmsilçiliyinin dayandırılması yolverilməzdir. Müstəqillik dövrümüzdən bu günə qədər Azərbaycan siyasi və iqtisadi yönümünü avropaya bağladığı danılmaz faktdır. Avropa və qərb ölkələri ilə münasibətlərin təməli Heydər Əliyev tərəfindən qoyulub və bu günə qədər beynəlxalq müqavilələr və öhdəliklərlə möhkəmləndirilmişdir. Avropa ailəsinə qoşulan ölkələrin bəzi tələblərə əməl etməsi hüquqların tapdanması kimi qiymətləndirmək düzgün deyildir. Ən azından Heydər Əliyevin qoyduğu təməlin üzərində münasibətlər inkişaf etdirilməlidir. Görünür xarici siyasətimizdə çatların olması faktı bu siyasəti iflasa aparır. Son zamanlar diplomatlarımızla bağlı xoşagəlməyən hallar da bu səbəblərdən yaranıb.
Vasif Əfəndi





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR