Sumqayıtda hava

Siyasət

YAP Sumqayıt şəhər təşkilatında imza toplayacaq şəxslər üçün treninq keçirilib

 

Parlament seçkilərinə hazırlıqla bağlı YAP tərəfindən aparılan işlər uğurla davam etdirilir. Eyni zamanda, partiyanın yerli təşkilatlarında yaradılan seçki qərargahları fəaliyyətlərini davam etdirir, treninqlər keçirir, yaradılan mobil qruplarla iş aparır.
YAP Sumqayıt şəhər təşkilatının Seçki Qərargahı da öz fəaliyyətini Mərkəzi Aparatın tövsiyə və göstərişləri əsasında qurur. Rayon təşkilatının Seçki Qərargahı imza toplayacaq şəxslər üçün mütəmadi treninqlər keçirir.
Sentyabrın 11-də imza toplayacaq şəxslərlə keçirilən treninqdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının və şəhər təşkilatının Seçki Qərargahının sədri Asif İmaməliyev Sumqayıt şəhərinin inzibati ərazisinə daxil olan seçki dairələrindən YAP-ın irəli sürəcəyi namizədlərin imzatoplama kampaniyasının təşkili üçün hər şeyin hazır olduğunu bildirib. Onun sözlərinə görə, YAP Sumqayıt şəhər təşkilatında yaradılan Seçki Qərargahı var qüvvəsi ilə iş başındadır:
"Biz artıq seçki prosesinin bütün mərhələlərinə hazırıq. İmza toplayacaq qruplar hazırlanıb. Müşahidəçilərimiz, məşvərətçi səs hüquqlu komissiya üzvləri üçün treninqlər keçiririk. Bütün görülən işlər növbəti seçkilərin də hər zaman olduğu kimi, demokratik və şəffaf keçirilməsinə yaxından yardım etmək məqsədi daşıyır”.
A.İmaməliyev Qərargah üzvləri arasında iş bölgüsünün aparıldığını və sonrakı mərhələlərdə fəaliyyətlə bağlı tədbirlər planının hazırlandığını dilə gətirib. Onun sözlərinə görə, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də şəhər təşkilatı fəallarının işi və koordinasiyasının uğurlu təşkilidir. YAP Sumqayıt şəhər təşkilatının Seçki Qərargahı bu məsələni daim diqqətdə saxlayır və fəallar mütəmadi olaraq toplaşırlar. Bu toplantılar zamanı hər bir qərargah üzvü gördüyü işlər haqqında məlumat verir.
Yeniazerbaycan.com





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

KATEQORIYALAR