Sumqayıtda hava

Redaktorun Seçimi, Maraqlı

Rektor tələbələrlə “selfie” çəkdirdi (FOTO)

Rektor tələbələrlə “selfie” çəkdirdi (FOTO)


Bu gün Bakı Dövlət Universitetində təşkil olunan “İlin ən yaxşı şam ağacı” müsabiqəsində maraqlı hadisə yaşanıb. Belə ki, universitetin rektoru, Millət vəkili Abel Məhərrəmov şam ağaclarına baxış keçirərkən, şaxta baba obrazında olan jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi Loğman Kamranlı birlikdə "selfie" çəkdirməyi xahiş edib. Rektor tələbənin sözünü yerə salmayıb və jurnalistika fakültəsinin müəllim-tələbə heyəti ilə birgə selfie çəkdirib.

Xatırladaq ki, bu gün BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “İlin ən yaxşı şam ağacı” müsabiqəsi keçirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə keçirilən müsabiqədə universitetin 17 fakültəsi birinci olmaq üçün yarışa qatılıb.


(atvxeber.az)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 

KATEQORIYALAR