Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın icra başçısı bu obyekti sökdürdü - Növbədə hansı obyekt ola bilər?

Sumqayıtın icra başçısı bu obyekti sökdürdü - Növbədə hansı obyekt ola bilər?

 

Bildiyiniz kimi, Sumqayıt şəhər İcra hakimiyyətinin Başçısı təyin olunan Zakir Fərəcov şəhərdə aparılan tikinti işlərinin dayandırılması ilə bağlı qərar verib.
Z.Fərəcov çıxışlarında qeyd edib ki, Sumqayıtda aparılan tikintilər şəhərin estetik görünüşünü pozur, eləcə də tikinti qaydalarının tələblərinə uyğun gəlmir.
Bu günlərdə isə Z.Fərəcov Sumqayıtda bir obyektin sökülməsi ilə bağlı göstəriş verib. Belə ki, 2-ci məhəllədə 20 Yanvar küçəsində, 11 nömrəli məktəbin yaxınlığında 2/33 saylı binanın birinci mərtəbəsində tədris mərkəzi kimi fəaliyyət göstərən obyektin küçəyə olan hissəsində artırma tamamilə sökülüb. Bu obyektin 11 nömrəli məktəbin direktoru Ofelya Babayeva məxsus olduğu deyilir.
Sumqayıtın icra başçısı çıxışında bildirmişdi ki, Heydər Əliyev prospekti, 10-cu məhəllədə, Sumqayıt Texnologiya Kolleci ilə üzbəüz olan Bioloji Təbabət Klinikası insanların gediş-gəlişinə maneçilik yaradır və tikinti qaydalarına uyğun tikilməyib. Belə ki, klinika yolun içində tikilib və gələcəkdə bu tibb müəssisəsi də sökülə bilər.
Orctv.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR