Sumqayıtda hava

Manşet, İqtisadiyyat

“Karvan”da Honq-Konq qiymətinə icarə haqqı...

“Karvan”da Honq-Konq qiymətinə icarə haqqı...

 

İcarədarlar şokda...
Sumqayıtda məşhur iş adamı Ağamirzə Əhədova məxsus "Karvan” Ticarət Mərkəzində icarə haqqı artırılaraq fantastik qiymətə çatdırılıb.
Sumqayıtdakı mənbənin sözlərinə görə, ticarət mərkəzində bir kvadrat metr yer üçün icarə haqqı 200 manata çatdırılıb ki, bu da nəinki Sumqayıt, hətta paytaxt Bakı üçün belə kifayət qədər yüksək rəqəm hesab edilir.
İcarə qiymətləri yüksələndən dərhal sonra onlarla şəxs arendaya götürdüyü yerləri "Karvan” rəhbərliyinə təhvil verərək ticarət mərkəzini tərk edib. İcarədarlar hesab edir ki, əhalinin alıcılıq qabiliyyətinin getdikcə aşağı düşdüyü bir zamanda bu qiymətə dükan işlətməkdənsə, dünyanın biznes mərkəzlərindən hesab edilən Honq-Konqda arendator olaraq çalışmaq daha sərfəlidir.
Mənbənin sözlərinə görə, ticarət mərəzinin sürətlə boşalmasına baxmayaraq rəhbərlik icarə qiymətlərinin azaldılması istiqamətində hər hansı addım atmayıb.
Moderator.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR