Sumqayıtda hava

Manşet, Cəmiyyət

Bakıda Heydər məscidinin açılışı olub

Bakıda Heydər məscidinin açılışı olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 m hündürlüyündə 4 minarə inşa olunub.

Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 m hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 m olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.

Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər məscidinin açılışı münasibətilə keçirilən mərasimdə iştirak etdilər.
Mərasim “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək ölkəmizin həyatında əlamətdar və tarixi hadisə olan Heydər məscidinin açılışı münasibətilə təbriklərini çatdırdı.

Sonra Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış etdilər.

Sonda ulu öndər Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın, o cümlədən Vətən uğrunda şəhid olanların ruhuna fatihə verildi.

Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gəldilər.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olundu.

Bakıda Heydər məscidinin açılışı olub

Bakıda Heydər məscidinin açılışı olub

Bakıda Heydər məscidinin açılışı olub

Bakıda Heydər məscidinin açılışı olub





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR