Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtlı şahmatçı 1/4 finalda

Sumqayıtlı şahmatçı 1/4 finalda

 

Həmyerlimiz Fabiano Karuanonu turnirdən kənarlaşdırıb.
Bakıda keçirilən şahmat üzrə Dünya çempionatının 8/1 finalının cavab partiyaları baş tutub.
FİDE reytinqində 22-ci yeri tutan Azərbaycanın yeganə nümayəndəsi Şəhriyar Məmmədyarov (2736), dünya reytinqində 5 nömrəli olan amerikalı Fabiano Karuano (2808) ilə oynayıb.
İlk matçda rəqibinə qalib gələn həmyerlimizə mərhələ adlamaq üçün heç-heçə də kifayət edirdi. Qara fiqurlarla mübarizə aparan Məmmədyarov məhz bu nəticəyə imza ataraq, adını 1/4 finala yazdırıb. 
Şəhriyar Məmmədyarovun 1/4 finaldakı rəqibi rusiyalı Sergey Karyakinlə Dmitri Andreykin arasında keçirilən görüşün qalibi olacaq. 
Oxu.Az





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR