Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC: "Elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır."

“Azərbaycan Dəmir Yolları” QSC: "Elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır." 


Qatarların hərəkət sürətinin artırılması istiqamətində işlərin görülməsi ilə əlaqədar Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır.
Bu sözləri açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.
N.Əzməmmədov bildirib ki, sərnişinlərin nəzərinə çatdırılır ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, dəmir yolunun mühafizə zolağında, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə, çəpərləmə işləri aparılır. Bununla əlaqədar elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır.
Dünən gediş vaxtı 48 dəqiqə olmaqla Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları 16 reys ediblər. 8-i Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına, 8-i isə əks istiqamətə.
Profilaktik tədbirlər başa çatandan sonra elektrik qatarlarının hərəkət cədvəlinə yenidən baxılacaq, yolda olma vaxtı aşağı salınacaq.
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
Bəzi mətbuat orqanlarında Bakı-Sumqayıt elektrik qatarının Siyəzənə hərəkət etməsi ilə əlaqədar olaraq bir daha bildiririk ki, qatar Bakı-sərnişin stansiyasından çıxaraq Baş Sumqayıt stansiyasına daxil olmaqla Sumqayıt-sərnişin stansiyasına hərəkət edib. Mətbuatda yazılanlar şər-böhtandan başqa bir şey deyil. Kütləvi informasiya vasitələri nümayəndələrinin diqqətinə çatdırırıq ki, belə dezinformasiyanı yaymamışdan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi ilə əlaqə saxlayıb dəqiqləşdirsinlər.
Vasif Süleymanov





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR