Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda idarə, müəssisə və təşkilatlararası stolüstü tennis turnirindən FOTOLAR

"Azərikimya" İstehsalat Birliyinində Sumqayıt kimya sənayesinin 70 illik yubileyinə həsr olunmuş idarə, müəssisə və təşkilatlararası stolüstü tennis turniri keçirilib.

Birliyin Mətbuat Xidmətindən "YeniSumqayit.Az"a verilən məlumata görə, turnirdə "Azərikimya" İB-nin idarə və müəssisələri ilə yanaşı, Sumqayıt Dövlət Universitetinin, FHN-nin Sumqayıt Regional Mərkəzinin və Yanğından Mühafizə İdarəsinin, şəhər Təhsil şöbəsinin, Corat qəsəbə Bələdiyyəsinin, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-tədris Mərkəzinin, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin, şəhər İdman məktəbinin və digər müəssisələrin komandaları birincilik uğrunda mübarizə aparıblar.

Tennis üzrə təcrübəli hakimlərin nəzarəti altında dairəvi sistem üzrə keçirilən və gərgin idman mübarizəsi və sağlam rəqabət şəraitində keçən yarışlarda maraqlı və yaddaqalan oyunu ilə diqqəti cəlb edən SDU-nun komandası birinci, FHN-nin Sumqayıt Yanğından Mühafizə İdarəsinin və şəhər Təhsil şöbəsinin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qaliblərə fəxri diplomlar və pul mükafatları təqdim edilib. Maraqlı oyun nümayiş etdirən, xal hesabına görə dördüncü yerlə kifayətlənməli olan "Azərikimya" İB-nin idarə aparatının komandasına isə həvəsləndirici mükafat təqdim olunub.

Sumqayıtda idarə, müəssisə və təşkilatlararası stolüstü tennis turnirindən FOTOLAR

Sumqayıtda idarə, müəssisə və təşkilatlararası stolüstü tennis turnirindən FOTOLAR

Sumqayıtda idarə, müəssisə və təşkilatlararası stolüstü tennis turnirindən FOTOLAR

Sumqayıtda idarə, müəssisə və təşkilatlararası stolüstü tennis turnirindən FOTOLAR

Sumqayıtda idarə, müəssisə və təşkilatlararası stolüstü tennis turnirindən FOTOLAR

Sumqayıtda idarə, müəssisə və təşkilatlararası stolüstü tennis turnirindən FOTOLAR

Sumqayıtda idarə, müəssisə və təşkilatlararası stolüstü tennis turnirindən FOTOLAR

Sumqayıtda idarə, müəssisə və təşkilatlararası stolüstü tennis turnirindən FOTOLAR

Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR