Sumqayıtda hava

Cəmiyyət

“Azərikimya” növbəti qanvermə aksiyasını təşkil edib

“Azərikimya” növbəti qanvermə aksiyasını təşkil edib


ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün yeni il ərəfəsində növbəti qanvermə aksiyası keçirilmişdir.
“Azərikimya” İB-nin dəvəti ilə B.Eyvazov adına Respublika Hematologiya və Trans-fuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş, hər birində 10 nəfər olmaqla iki xüsusi tibb briqadası tərəfindən aparılan və iki gün davam edən budəfəki qanvermə aksiyasının birinci günündə Birliyin Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin işçıləri, növbəti gün isə Birliyin Baş ofisinin rəhbərliyi və əməkdaşları qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan vermişlər.
Qanvermə aksiyasından əvvəl hər bir könüllü donor-kimyaçının qan sağlamlığı yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanılmış, yalnız bundan sonra qan götürülmüşdür.
“Azərikimya” İB-də artiq 4-cü dəfədir ki, keçirilən, azyaşlı həmvətənlərimizə yardım məqsədi daşıyan və minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü hümanitar aksiyada kimyaçılar yüksək fəallıqla iştirak etmiş və 400 nəfərdan artıq əməkdaş qan vermişdir.

“Azərikimya” növbəti qanvermə aksiyasını təşkil edib

“Azərikimya” növbəti qanvermə aksiyasını təşkil edib

“Azərikimya” növbəti qanvermə aksiyasını təşkil edib

“Azərikimya” növbəti qanvermə aksiyasını təşkil edib

“Azərikimya” növbəti qanvermə aksiyasını təşkil edib





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR