Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sərnişinlər Bakı-Sumqayıt avtobuslarından narazılıq edirlər - FOTOLAR

Sərnişinlər Bakı-Sumqayıt avtobuslarından narazılıq edirlər - FOTOLAR


"Marşurutlar arasında interval çoxdu. Avtobuslar gec-gec gəldiyi üçün basabas yaranır”.
Bunu Sumqayıt şəhərinin sakinləri deyir. Onlar iddia edirlər ki, Bakı Avtovağzalında bəzən saatlarla marşurut gözləməli olurlar. Avtovağzala işləyən başqa marşurutların arxasında bir neçə avtobus dayanır. Yəni biri yola düzələn kimi o biri yerinə keçir. Bununla da sərnişinlər növbə gözləmirlər. Hətta işdən arğın-yorğun qayıdanlar bir neçə dəqiqə gözləyirlər və növbəti avtobusla mənzillərinə gedirlər. Ancaq bunu Sumqayıt mikroavtobuslarına şamil etmək olmaz.
Sumqayıta işləyən sürücülər bütün yerlər dolana qədər hərəkət dayanır. Günorta saatlarında bu bəzən bir saat davam edir. Axşam vaxtı isə izdiham yaşandığı üçün gəlməyi ilə getməyi arasında bir dəqiqə zaman qalmır.
Metronun "20 Yanvar” stansiyası yaxınlığında xeyli sayda avtobus Sumqayıta gedir. Burada bəzən qatar şəklində düzülürlər. Yəni bir ünvanda avtobus çox sərnişin az, o birisində isə tam əksinədi.
"Kimə hardan sərf edir, oradan Sumqayıta gedir. Avtovağzalın ticarət mərkəzində işləyənlər, yaxud da rayonlardan gələnlər Sumqayıta burda gedirlər. Bu zaman isə basrıq yaranır. Dəfələrlə şikayət etmşik. Deyirlər ki, düzələcək”, - deyə sərnişinlər etirazlarını bildirirlər.
Adını çəkilməsini istəməyən avtovağzal işçilərindən biri maraqlı məlumatlar verdi:
"Sərnişinlər daha çox olanda, xüsusən də pik saatlarda "20 Yanvar”dakı marşurutları əlavə xəttə qoşurlar. Bu iki qat qazancdı. Çünki hər avtobusun Avtovağzala daxil olmasına icazə yoxdur. Özləri razılıq verirlər və nəticədə sürücüdən iki qatın alırlar. Çünki "20 Yanvar”da növbəsini gözləyən avtobus bir-iki saata gedəcəkdisə, buraya gəlməklə həm vaxt udur, həm də iki dəfə Bakı-Sumqayıta gedib-gəlir”, - deyə işçi bildirir.
Məsələyə nə avtovağzalın rəhbərliyi, nə də hər hansı bir əməkdaşı münasibət bildirdi.

Sərnişinlər Bakı-Sumqayıt avtobuslarından narazılıq edirlər - FOTOLAR

 

Sərnişinlər Bakı-Sumqayıt avtobuslarından narazılıq edirlər - FOTOLAR

 

Sərnişinlər Bakı-Sumqayıt avtobuslarından narazılıq edirlər - FOTOLAR

Qaynar.info





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR