Sumqayıtda hava

Elan

"Dağçılıq Məktəbi"-nə Qeydiyyat başlandı

"Dağçılıq Məktəbi"-nə Qeydiyyat başlandı 


"No Home" Extreme Community FAİREX (Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası) təşkilatçılığı ilə "Dağçılıq Məktəbi"-nin 2015-2016'cı il tədris qrupu üçün Qeydiyyatı açıq elan edir!
"Dağçılıq Məktəbi" proqramına daxildir:
- Təməl dağçılıq dərsləri: Nəzəri və praktiki,
- Dağ şəraitində yaşamaq psixologiyası,
- Dağ yürüşlərinə hazırlıq,
- Kampinq, çadırların qurulması və s.

Xatırladaq ki, "Dağçılıq Məktəb"-i məzunlarına Federasiya tərəfindən Təməl Dağçılığı bilməsi ilə bağlı Sertifikat veriləcək.
5 Oktyabr tarixindən etibarən dərslərinə başlayacaq "Dağçılıq Məktəbi" haqqında ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün aşağıdakı gərəkli sənədləri toplayıb FAİREX ofisinə getməniz gərəklidir.

Qeydiyyatdan keçmək üçün gərəkli sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti
- 3 ədəd 3x4 formatında şəkil
- İdmanla məşğul olmaq üçün tibbi arayış (Sağlamlıq haqqında arayış)

FAİREX'in adresi:
Nobel pr. 61 (AFFA'dan bir qədər irəlidə, Azərişıq'ın yanında)
Tel: 0124242981
E-mail: dagciliq.mektebi@gmail.com
Mobil: 0703349954 (Babək m.)

P.S. FAİREX'də Qeydiyyat zamanı "No Home" Klubuna üzv olduğunuzu söyləyin! Sizi FAİREX nəzdindəki nümayəndəliyimizə əlavə edəcəklər.
Son müraciət tarixi 30 Sentyabrdır. Sənədlərinizi sürətlə toplayıb qeydiyyata tələsməniz məsləhət görülür. "Dağçılıq Məktəbi" tamamilə ÖDƏNİŞSİZDİR!
"No Home" Extreme Community Üzvlük Formu: http://goo.gl/forms/ 4nJaPztnYL
Əlavə suallarınızı bizə ünvanlaya bilərsiz! Bu şansı qaçırmayın, ekstrim dolu bir macəra bizi gözləyir!





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR