Sumqayıtda hava

Hadisə

Keçmiş əsgər yoldaşını təhqir etdi, sonra öldürdü - Sumqayıtda

 


Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Sumqayıt sakinləri Zahid Məmmədovun və Pərvin Əhmədovun aperlyasiya şikayətləri əsasənda məhkəmə prosesi başlayıb.
İlkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 29-na təyin edilib.
Qeyd edək ki, ötən il mayın 4-də Zahid Məmmədovla dostu Pərvin Əhmədov Sumqayıtda çay evində olarkən, Pərvin birgə hərbi xidmətdə olduğu Bəhram Məmmədovun barəsində şəxsiyyətini alçaldan ifadələr işlədib. Bundan xəbər tutan Bəhram həmin çayxanaya gəlib. Bu zaman onların arasında mübahisə düşüb və onlar Bəhram Məmmədovu bıçaqlayaraq qətlə yetiriblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR